Azərbaycan Premyer Liqası: Təqvimdə dəyişiklik olub
Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün təqvimində dəyişiklik olub.
Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
1-ci turun “Şamaxı” – “Sabah” oyunu ilə 28-ci turun “Sabah” – “Şamaxı” matçının yeri dəyişdirilib.
Paytaxt təmsilçisi bununla bağlı PFL-ə rəsmi müraciət ünvanlayıb, bölgə klubu isə buna razılıq verib.
Bu, Bakı klubunun UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə daha yaxşı hazırlaşması məqsədi ilə edilib. “Bayquşlar” bu mərhələdə “Sent-Patriks Atletik” (İrlandiya) ilə üz-üzə gələcək.
Avqustun 4-də keçiriləcək 1-ci turun “Sabah” – “Şamaxı” görüşü saat 17:30-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin