Azərbaycan millisinin üzvü həbs olundu – Futboldakı “qumar”a görə
Digər idman növlərinin təmsilçilərinin Azərbaycanda futbol oyunlarında “qumar”a qurşanması haqda deyilənlər gerçək imiş.
Komanda.az xəbər verir ki, bununda bağlı “Futbol+” qəzeti məlumat yayıb. Belə ki, futbol oyunlarının nəticəsinə müdaxilə edən şəxslərdən daha biri həbs olunub. Söhbət basketbol üzrə Azərbaycan yığmasının üzvü Amil Həmzəyevdən gedir.
30 yaşlı basketbolçunun hazırda Kürdəxanı təcridxanasında saxlanıldığı bildirilir. Millinin heyətində 2017-ci ildə Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olan Həmzəyev, son vaxtlar “Gəncə”nin formasını geyinirdi. O, bir müddət çempionatın ən məhsuldar basketbolçuları sırasında yer alırdı. Amma son bir neçə turda onun adına rast gəlinmir. Amillə əlaqə saxlamaq mümkünsüzdür. Basketbolun içində olan bəzi şəxslər də onun mobil telefonuna zəng çatmadığını söyləyib.
Danışılmış oyunlarla bağlı Kürdəxanıda saxlanılan digər şəxs Azərbaycanın futbol millisinin sabiq üzvü Cəmşid Məhərrəmovdur.
Bizi Facebook-da izləyin