Azərbaycan millisinin üzvü “Fənərbaxça” ilə müqavilə bağladı

Türkiyənin “Fənərbaxça” klubu Azərbaycan millisinin qadın futbolçusu Nazlıcan Parlakı heyətinə qatıb.

Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi cari mövsümün sonunadək İstanbul təmsilçisinin formasını geyinəcək.

Nazlıcan Parlak son olaraq “Konak Belediyespor”da çıxış edib. Parlak 2019-cu ildən Azərbaycan yığmasının şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button