Azərbaycan millisinin üzvü AÇ-nin ən dəyərli oyunçusu seçildi
Azərbaycanın 16 yaşadək qızlardan ibarət millisinin basketbolçusu Angelina İsmayılova Avropa çempionatının ən dəyərli oyunçusu (MVP) seçilib.
Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
C divizionunda yer alan yığmamız finalda Kipri 69:52 hesabı ilə məğlub edərək Avropa çempionatının qalibi adını qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin