Azərbaycan millisinin rəqibi yoldaşlıq oyunundan imtina etdi
UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda mübarizə aparan Lüksemburq yığması Portuqaliya və İtaliya ilə yoldaşlıq oyunu keçirməkdən imtina edib.
Komanda.az xəbər verir ki, bu barədə baş məşqçi Lük Holts məlumat verib. O, daha əlverişli rəqiblə qarşılacaqlarını bildirib:
“Bu komandalara qarşı boş tribunalarda oynamaq bütün ölkəni məyus edərdi. Daha əlverişli rəqibə üstünlük verildi”.
Lüksemburq millisi noyabrın 11-də evdə Avstriya ilə, noyabrın 14-də səfərdə Kiprlə, noyabrın 17-də isə evdə Azərbaycan yığması ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin