Azərbaycan millisinin rəqibi qələbəylə gəlir

21 yaşadək futbolçulardan ibarət yığma komandalar (U-21) arasında Avropa çempionatının seçmə mərhələsi davam edir.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı 2-ci qrupda bu gün iki qarşılaşma baş tutub.

Sentyabrın 7-də Sumqayıtda yığmamızın qonağı olacaq Fransa Gürcüstanın qonağı olub. “Üçrənglilər” səfərdən 2:0 hesablı qələbəylə ayrılıb.

Fransızlar 37-ci dəqiqədə rəqibin avtoqoluyla hesabı açıb. 90+2-ci dəqiqədə isə Odsonn Eduar matçda son nöqtəni qoyub.

Qrupun lideri İsveçrə ardıcıl 5-ci qələbəsini Slovakiya üzərində böyük hesabla qazanıb – 4:1.

Xatırladaq ki, sentyabrın 7-də “Sumqayıt Arena”da keçiriləcək Azərbaycan – Fransa matçına saat 21:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button