Azərbaycan millisinin oyunlarının vaxtı məlum oldu

UEFA Millətlər Liqasında 2020/21 mövsümünün yeni təqvimi açıqlanıb.

Komanda.az xəbər verir ki, qrup mərhələsinin oyunları 3/4/5 sentyabr, 6/7/8 sentyabr, 10/11 oktyabr, 13/14 oktyabr, 14/15 noyabr, 17/18 noyabrda olacaq.

Yığma komandalar yoldaşlıq görüşlərini 7/8 oktyabr və 11/12 noyabrda keçirəcəklər.

AÇ-2020-nin pley-off qarşılaşmaları 8 oktyabr, 12 noyabrda reallaşacaq.

Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasında C Liqasının 1-ci qrupunda Lüksemburq, Kipr və Monteneqro ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button