Azərbaycan millisindən taciklərlə heç-heçə
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Komanda.az xəbər verir ki, Tacikistandan olan həmyaşıdları ilə qarşılaşan futbolçularımız bu oyundan heç-heçə ilə ayrılıblar – 1:1.
Yığmamızın heyətində Nicat Quliyev fərqlənib.
U-17 növbəti oyununu fevralın 10-da Danimarkanın “Hellerup” klubuna qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin