Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurdu

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub.

Komanda.az xəbər verir ki, təlim-məşq prosesinin son mərhələsini Sloveniyada keçən komanda bu gün yarışın ilk turuna ev sahibliyi edən Xorvatiyaya yola düşüb.

Maribor şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində voleybolçularımız Avstriya millisi ilə iki yoxlama oyunu keçiriblər. Oyunların birində heç-heçə (2:2) qeydə alınıb, digərində isə komandamız 1:3 hesabı ilə məğlub olub. Bu qarşılaşmalarda əsasən gənc voleybolçular çıxış ediblər.

Yığmamız mübarizəyə mayın 17-də start verəcək. 17-19 may tarixlərində Xorvatiyada keçiriləcək ilk turda millinin rəqibləri meydan sahibləri və Slovakiya yığması olacaq. Mayın 24-dən 26-dək Rumıniyada keçiriləcək ikinci turda isə komandamız meydan sahibi ilə yanaşı, İsveç yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may – 2 iyun tarixlərində Azərbaycanda baş tutacaq. Doğma meydanda rəqiblər Estoniya və Avstriya yığmaları olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button