“Azərbaycan millisi ilə müqaviləni uzatmayacam” – De Byazi
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “Radio Crc”-yə açıqlama verib.
Komanda.az xəbər verir ki, o, Türkiyə Super Liqasında çıxış edən Mahir Emreli haqda da danışıb:
“Düşünürəm ki, müqavilə müddəti bitəndən sonra onu bir daha uzatmayacam.
Mənim Azərbaycandan kənarda çıxış edən dörd oyunçum var. Anton Krivotsyuka baxmaq üçün Cənubi Koreya çempionatını izlədim. İtaliya A Seriyası üçün hazır futbolçu yoxdur. Amma düşünürəm ki, bəzi gənc futbolçular inkişaf edə bilər. Mahir Emreli yaxşı keyfiyyətlərə malikdir. Lakin onlardan istifadə edə bilmir”.
İtaliyalı baş məşqçi növbəti görüşdə “Sabah”ın 20 yaşlı qapıçısı Yusif İmanova şans verəcəyini söyləyib:
“Çünki artıq qapıçılarım yoxdur. Onun yaxşı bacarığı var. Məncə, bir oyunçu gənc olsa da, ona şans vermək düzgündür”.
Azərbaycan millisi martın 24-də AÇ-2024-ün seçmə mərhələsində Avstriya ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin