Azərbaycan kuboku: iki oyun təxirə salındı
Futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilməli olan iki oyun təxirə salınıb.
Komanda.az xəbər verir ki, bu barədə Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, martın 12-də keçirilməsi nəzərdə tutulan “Neftçi” – “Badamlı” və “Nəqşicahan” – “Baku Fans” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.
Oyunların keçirilmə tarixi barədə saytda əlavə məlumat yerləşdiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin