Azərbaycan Kuboku: 1/8 final mərhələsinə yekun vuruldu

Bu gün keçirilmiş 3 oyunla futzal üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, Günün ilk oyununda İkinci Liqa komandası “Təbriz” Yüksək Liqanın autsayderlərindən olan “Liman”ı üstələyib. Onsuz da ehtiyat oyunçusu olmayan “Liman”dan Paşa Tanırverdiyev 35-ci dəiqədə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda buraxıb.

Günün ikinci oyununda “Hövsan” üz-üzə gələn “Neftçi” favorit idi. Elə Yüksək Liqa təmsilçisi ardıcıl 4 qol vurmaqla bunu sübut edib. Ancaq İkinci Liqanın bombardiri Muxtar Həsənovun 14-cü dəqiqədə aşırma zərbə ilə toru silkələməsi hətta rəqibin də alqışına səbəb olub. “Neftçi” ikinci hissədə fərqi artırıb və mərhələ adlayıb.

Mərhələnin son oyunu da kifayət qədər gərgin keçib. “Yasamal” MFK hesabı açsa da, “Advokat” 10 metrlik cərimə zərbəsi ilə status-kvonu bərpa edib. Düzdü, Ceyhun Şirinli 2 dəqiqə sonra yenidən belə imkan əldə edib, amma qapıda dayanan Cahandost topu qaytarmağı bacarıb. Ehtimalların əksinə olaraq, yekunda qələbəni “Advokat” qazanıb. Böyükhesablı qələbə “vəkillər”ə mübarizəni davam etdirmək hüququ verib.

Azərbaycan Kuboku, 1/8 final

6 mart

Liman – Təbriz 2:9
Hakimlər: Ramiz Məhərrəmov, Kənan Məlikov, Hikmət Qafarlı.
Olimpik Star. Saat 18:30.

Neftçi – Hövsan 11:2
Hakimlər: Rahin Heybətov, Fuad Həsənov, Vüsal Balaşov.
Olimpik Star. Saat 20:00.

Yasamal MFK – Advokat 4:10
Hakimlər: Hikmət Qafarlı, Anar Fərəcov, Azad Hüseynov.
Olimpik Star. Saat 21:30.

Beləliklə, 1/4 final mərhələsində bu cütlüklər qarşılaşacaq:

I. Neftçi – Obolon
II. Advokat – Baku Fire
III. Xəzər Cənub – Təbriz
IV. EKOL – Araz

Yarımfinal

I – IV Neftçi – Obolon // EKOL – Araz
II – III Advokat – Baku Fire // Xəzər Cənub – Təbriz

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button