Azərbaycan komandasının UEFA Regionlar Kubokundakı rəqibləri məlum olub
2024/2025 mövsümündə Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal” komandasının rəqibləri məlum olub.
Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, mübarizəyə ilkin mərhələdən başlayacaq komanda B qrupunda İsveçin “Qothenburq” və Gürcüstanın “Football School Bridge” kollektivləri ilə qarşılaşacaq.
Oyunlar 28 iyun-4 iyul tarixləri aralığında Gürcüstanda təşkil olunacaq.
Qrupun qalibi birinci mərhələnin 4-cü qrupunda İrlandiya, İsveçrə və Şimali İrlandiya komandalarına rəqib olacaq. Bu mərhələnin görüşləri 21-27 oktyabr tarixlərində İsveçrədə keçiriləcək.
“Şimal” komandası 2023/2024 mövsümündə AFFA Region Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin