Azərbaycan cüdoçusu Açıq Okeaniya turnirində “bürünc” qazandı

10 noyabrda Avstraliyanın Pert şəhərində keçirilən cüdo üzrə Açıq Okeaniya turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 bürünc medal qazanıblar.

Komanda.az xəbər verir ki, yarışın ilk günündə qadınlar və kişilər arasında 4 çəki dərəcəsində 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıblar.

Qadınlar arasında -52 kq çəki dərəcəsində Aydan Vəliyeva yarışın bürünc medalını qazanıb. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Gültac Məmmədəliyeva 5-ci yerə çıxıb. -57 kq çəkidə Fidan Əlizadə yarışı 7-ci yerdə tamamlayıb.

Kişilər arasında -73 kq çəkidə Nurlan Osmanov 7-ci yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button