Azərbaycan cüdoçuları dünya çempionatında iştirak edəcək

Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada keçiriləcək yeniyetmələr arasında dünya çempionatında iştirak edəcək

Komanda.az xəbər verir ki, ölkəmiz 5 çəki dərəcəsində 7 nəfərdən ibarət heyətlə təmsil olunacaq.

Yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərovun rəhbərliyi altında yarışda Bahadır Feyzullayev, Məhəmmədəli Hüsiyev (50 kq), Nihad Məmişov (55 kq), Cəsur İbadlı (73 kq), Əli Qazıməmmədov, Mehdi Abbasov (81 kq) və Sübhan Axundov (90 kq) mübarizə aparacaq.

49 ölkədən 405 idmançının qatılacağı turnir avqustun 28-dən 31-nə qədər keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button