Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlandı
Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında növbəti oyunların keçiriləcəyi vaxt bəlli olub.
Komanda.az xəbər verir ki, Yüksək Liqada 8-ci turun qarşılaşmaları fevralın 17-də təşkil olunacaq.
Həmin gün meydana ilk olaraq “Neftçi” və “Xarı bülbül” klubları çıxacaqlar. Bu oyuna saat 16:00-da start veriləcək.
Günün ikinci matçı MOİK və “Murov” kollektivləri arasında olacaq. Bu görüş saat 18:00-da başlanacaq.
Qeyd edək ki, hər iki qarşılaşma Voleybol Mərkəzində keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin