Azərbaycan çempionatında ilk günün qalibləri

Bu gün sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı start götürüb.

Komanda.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən birinciliyin ilk günündə 45, 48, 51, 55, 60, 65 və 71 kq-da çıxış edən 200-ə yaxın yeniyetmə yunan-Roma güləşçisi mübarizə aparıb. Yarışa saat 10:00-da start verilib. Gündüz seansında finalçılar müəyyənləşib.

Saat 17:00-da isə açılış mərasimi başlayıb. Mərasimdə AGİN-in İdman şöbəsinin müdiri Fərid Mansurov və AGF-in vitse-prezidenti Namiq Abdullayev çıxış edib. Onlar yarış iştirakçılarına uğurlar arzulayıb və mükafatçıların müvafiq yığmalara cəlb olunaraq, ölkəmizi Avropa və dünya çempionatlarıyla yanaşı, iyulda Bakıda təşkil olunacaq Avropa Gənclərinin Olimpiya Festivalında təmsil edəcəyini qeyd ediblər. Açılış mərasimi başa çatdıqdan sonra medal görüşlərinə start verilib. Mükafatçılarla tanış olun:

45 kq
1. Təvəkkül Həziyev (Qubadlı)
2. Fərid Sadıqlı (UGİM-5)
3. İsaməddin İsgəndərov (Sumqayıt, “Təhsil”)
3. Ramal Nəzərli (Lənkəran)

48 kq
1. Əliyev Məlik (Qubadlı)
2. Şükürzadə Məhəmməd (Lənkəran)
3. Məmmədli Cavidan (Neftçi)
3. Baxışlı Fərid (Spartak)

51 kq
1. Elmir Əliyev (Pəhləvan)
2. Qurban Qurbanov (ROİL)
3. Fərid Xəlilov (Sumqayıt, “Təhsil”)
3. Nihat Quluzadə (Neftçi)

55 kq
1. Nihat Məmmədli (ROİL)
2. Yadigar Qaybalıyev (Kürdəmir)
3. Rəsul Məmmədzadə (MOİK)
3. Qadir Kərimov (ROİL)

60 kq
1. Alı Alıyev (UGİM-2)
2. Muxaddin Novruzov (Atasport)
3. Elgün Rzayev (Hövsan)
3. Təbriz İsmayılzadə (Qax)

65 kq
1. Xasay Həsənli (Neftçi)
2. Ruslan Nurullayev (ROİL, “Gömrükçü”)
3. Kənan Abdullazadə (Neftçi)
3. Urfan Həsənli (UGİM-2)

71 kq
1. Allahverdi Əliyev (Neftçi)
2. Rauf Əliyev (Mingəçevir)
3. Ağaseyid Əlizadə (Abşeron)
3. Əli Əlizadə (Gəncə)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button