Azərbaycan çempionatında ilin ilk qarşılaşmaları keçirildi

Qadin voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk qarşılaşmaları baş tutub.

Komanda.az xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində 8-ci turun iki oyunu keçirilib.

İlk olaraq meydana “Abşeron” və “Milli Aviasiya Akademiyası” komandaları çıxıblar. “Milli Aviasiya Akademiyası” qarşılaşmaya daha yaxşı başlayıb və Vüqar Əliyevin yetirmələri üstünlüklərini sonadək qoruyaraq 3:0 hesabı ilə qələbə qazanıblar.

Turun növbəti oyunu isə “Murov Az Terminal” və “Azərreyl” klubları arasında olub. Tərəflər hərəyə iki set qazandığından qalib tay-brekdə müəyyənləşib. Həlledici hissədə daha dəqiq oynayan “Murov Az Terminal” bu matçdan 3:2 hesablı qələbə ilə ayrılıb.

“Azərreyl” 19 xalla turnir cədvəlinə liderlik edir. “Abşeron” 18 xalla ikinci, “Murov Az Terminal” 17 xalla 3-cü, “Gəncə” 9 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədədir.

“Abşeron” – “Milli Aviasiya Akademiyası” 0:3 (18:25, 19:25, 25:27)
“Murov Az Terminal” – “Azərreyl” 3:2 (18:25, 25:19, 25:14, 17:25, 15:6)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button