Azərbaycan çempionatına start verildi
Gənc boksçular arasında Azərbaycan birinciliyinə start verilib.
Komanda.az xəbər verir ki, respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 35 komandanın qatıldığı yarışın ilk günündə 36 döyüş baş tutub.
10 çəki dərəcəsi üzrə təşkil olunan çempionatın ikinci günündə 32 görüş nəzərdə tutulub.
1/4 final mərhələsi fevralın 15-də yekunlaşacaq. Həmin gün də 32 qarşılaşma olacaq. Fevralın 16-da finalçılar müəyyənləşəcək.
Birinciliyin təqvimində edilən dəyişikliyə əsasən, həlledici görüşlər bir gün tez – fevralın 17-nə təsadüf edəcək.
Boks Mərkəzində keçirilən çempionatda 150-yə yaxın boksçu qüvvəsini sınayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin