Azərbaycan boksçusu dünya birinciliyində bürünc medal qazandı

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində yarımfinal mərhələsinin görüşlərinə start verilib.

Komanda.az xəbər verir ki, finala vəsiqə üçün Azərbaycan millisinin üzvü Nicat Hüseynov da rinqə çıxıb.

49 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz rusiyalı Robert Bədəlyanla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb.

Nəticədə Hüseynov dünya birinciliyini bürünc medalla başa vurub.

Qeyd edək ki, aprelin 23-də başa çatacaq mundaila 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçu qatılıb. Azərbaycan da bu yarışa 9 boksçu ilə qatılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button