Azərbaycan boksçuları dünya çempionatlarında 20-ci medalı qazanıb
Məhəmməd Abdullayev Azərbaycan boks yığmasının tarixinə düşüb.
Komanda.az xəbər verir ki, onun Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında qazandığı bürünc medal 2 yubileylə əlamətdar olub.
+92 kq çəkidə mübarizə aparan “Baku Fight Lab”ın üzvü yarımfinalda uduzaraq, bu yubileyləri rəsmiləşdirib. Onun əldə etdiyi üçüncülük Azərbaycan boks tarixinə dünya çempionatlarında qazanılan 10-cu bürünc kimi düşüb. Sayca 21-ci mundialda qazanılan bu medal boksçularımızın həm də 20-ci mükafatıdır.
Qeyd edək ki, Abdullayev dünya çempionatında fəxri kürsüyə yüksələn 17-ci Azərbaycan boksçusudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin