Azərbaycan avarçəkəni dünya kubokunda iştirak edəcək

16-19 iyunda Polşanın Poznan şəhərində akademik avarçəkmə üzrə dünya kubokunun 2-ci mərhələsi keçiriləcək.

Komanda.az xəbər verir ki, Azərbaycanı turnirdə Bəhmən Nəsiri təmsil edəcək. İdmançımız 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yarışlarda qüvvəsini sınayacaq.

Bu, koronavirus pandemiyasından sonra avarçəkənlərimizin qatıldığı ilk dünya kuboku olacaq.

Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş 1-ci mərhələ (27-29 may) ilə müqayisədə Poznanda daha çox – 36 ölkədən 600-dən artıq idmançı mübarizə aparacaq. 2019-cu ildən bu yana ilk dəfə olaraq Avstraliya, Yeni Zelandiya, ABŞ və Kanadadan olan komandalar geniş heyətlə dünya kubokuna qatılacaqlar. Polşada ən böyük heyətlə isə Almaniya komandası iştirak edəcək – 23 qayıq.

Dünya kubokunun qalibləri üç mərhələnin yekununa əsasən müəyyənləşəcək. Yarışların 3-cü mərhələsi 8-10 iyul tarixlərində İsveçrənin Lütsern şəhərində baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button