Azərbaycan atleti Daşkənddə ikinci oldu

Azərbaycan atleti Nazim Babayev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Açıq Mərkəzi Asiya çempionatında ikinci olub.

Komanda.az xəbər verir ki, milli üzvü yarışın ilk günündə uzunluğa tullanmada uğurlu nəticə ilə yadda qalıb.

Atletimiz 7.46 metr göstərici ilə gümüş medal qazanıb. Bu növdə Kəsgin Abbaszadə 4-cü olub.

100 metr məsafəyə qaçışda isə Əlhəm Nağıyev 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button