Azərbaycan ağırlıqqaldıranı Avropa üçüncüsü oldu
Azərbaycan ağırlıqqaldıranı Yunis Bayramov Moldovanın paytaxtı Kişinyovda keçirilən yeniyetmələr arasında Avropa çempionatında gümüş medal qazanıb.
Komanda.az xəbər verir ki, yaşı 15-ə qədər olan oğlanlar arasında 67 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 99 kq-ı ram edib və bu hərəkətdə yarışın bürünc mükafatçısı olub.
Təkanla qaldırmada 112 kq-ın öhdəsindən gələn atlet həm bu hərəkətdə, həm də yekun sıralamada 211 kq (99+112) nəticə ilə 4-cü yeri tutub.
Yunisdən əvvəl Turan Əliyev (67 kq) yaşı 17-yə qədər olan oğlanlar arasında Avropa üçüncüsü olub. Atletimiz birdən qaldırma hərəkətində 114 kq nəticə göstərib və bu hərəkətdə 4-cü yeri tutub. Turan təkanla qaldırma hərəkətində 136 kq-ı ram edib və bu hərəkətdə də 4-cü olub. Toplam 250 kq (114+136) nəticə göstərən Əliyev yekun sıralamada bürünc medal qazanaraq fəxri kürsüyə yüksəlməyi bacarıb.
Bizi Facebook-da izləyin