Azərbaycan idmanına itki üz verdi
Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti və uzun illər Premyer Liqa oyunlarına AFFA nümayəndəsi kimi təyinat alan Şaiq Həmidov vəfat edib.
Komanda.az xəbər verir ki, Həmidov bu gün, qəfil ürək tutmasından ölüb.
Həmidov, 2013-cü ildə Milli Paralimpiya Komitəsinin 4-cü hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin vitse-prezidenti vəzifəsinə seçilib.
O, 2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olub, AFFA-da hakim-inspektor vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin