Azərbacan boksçuları Polşada beynəlxalq turnirdə iştirak edəcək

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnir keçiriləcək.

Komanda.az xəbər verir ki, mayın 22-26-da baş tutacaq yarışda Azərbaycan qadınlardan ibarət milli komanda ilə təmsil olunacaq.

Baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayev Pultuskda 6 boksçunu yoxlayacaq. Qalib adı uğrunda Mehparə Məmmədova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaqlar.

Bu gün səfərə yollanan yığma mayın 27-də Bakıya qayıdacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button