Azər Əliyevli “Ufa” ÇSKA-dan səfərdə xal aldı

Futbol üzrə Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Moskva ÇSKA-sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Azər də bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb.

“Ufa” hazırda 17 xalla 16 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button