Ayxan Abbasov: “Futbolçuların əzmkarlığı məni qane etdi”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində yerli “Gənclərbirliyi” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən oyundan sonra bunları söyləyib:

“Gənclərbirliyi” indiyə qədər oynadığımız rəqiblər arasında ən güclü, ən yaxşısı idi. Bu komanda ötən mövsüm PTT 1-ci Liqanın qalibi olub və Super Liqaya yüksəlib Bu oyun bizim üçün önəmli idi. Komandanı belə güclü rəqibə qarşı görmək istəyirdik. Uşaqlar da mübarizə apardılar. İkinci hissədə qol epizodlarımız da oldu, amma, istifadə edə bilmədik. Buna baxmayaraq, futbolçuların meydanda əzmkarlığı məni qane etdi. Bəzi futbolçularımız hələ tam formada deyil. Ümid edirəm ki, çempionatın startına qədər onlar da formasını tam bərpa edib komandaya kömək edəcəklər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button