Ayxan Abbasov: “Bəzi oyunçular hazır deyillər”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“Azarkeşlərimizi, futbolçuları, rəhbərliyi təbrik edirəm. Mühüm oyun idi. “Araz-Naxçıvan” da, biz də yuxarıdan qopmaq istəmirdik. Stressli matç idi. Bəlkə də bu stress hücumda kəsərli olmağımıza mane olurdu. İlk hissədə rəqib yaxşı müdafiə olunurdu. Bir az çətinlik çəkirdik. İkinci hissədə dəyişikliklər etdik. Sona qədər öz şansımızı gözləyib tələsməmək lazım idi. Bu gün bunu gördüm. Üçüncü dövrə bitir. İtkilərimiz, zədələrimiz var. Bəzi oyunçular hazır deyillər. Bunların da təsiri olur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button