Ayxan Abbasov: “Bunu intizamsızlıq saymıram”
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
- Evdə oynayırdıq, qələbə qazanmaq istəyirdik. Yaxşı hazırlaşmışdıq. İstədiyimiz qolları vurduq. Düzdü, sonradan qol buraxıb, qol da vurduq. Son dəqiqələrdə açıq futbol gedirdi. İki komandanın da imkanları oldu. “Keşlə” çempionatda 3-cü yerdə gedir. Hər oyunu final kimi dəyərləndirəcəyik.
- Yekun nəticənin ədalətli olduğunu düşünürsüz?
- Hər iki komandanın da imkanları oldu. Onlar da vura bilmədi, biz də. İlk hissədə bizim daha çox imkanımız oldu. 3-cü qolu da vura bilərdik.
- Vüqar Mustafayevin qayıdışı sizə problem yaradır sanki…
- Heç bir çətinlik yoxdu. Sevinirik ki, futbolçularımız hamısı sağlamdı. Vüqarın zədədən sonra belə oynaması sevindiricidi. Bu gün rəqibə görə heyət qurmuşduq.
- Azərbaycan Premyer Liqası ən intizamsız liqalardandı və “Sumqayıt” da bu baxımdan bizim çempionatda ilk yerdədi.
- Biz futbol oynayırıq. Bizdə qırmızı vərəqə azdı. Ancaq sarı vərəqələr çox ola bilər. Bunu intizamsızlıq saymıram. Normaldı, belə bir statistika böyük əhəmiyyət kəsb etmir.
- Buraxdığınız hər iki qolda Mehdi Cənnətovun səhvinin olduğunu düşünmürsüz?
- İkinci qola baxmaq lazımdı. Slavikin mövsüm ərzində belə qolları olur. Onu boş buraxmamalıydıq. İlk qolda səhv var idi. Mehdinin yaxşı oyunları olub, ona inanırıq. Bu gün sırf bir futbolçudan danışmaq istəmirəm. Qələbəni əldən verdik.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin