“Ayaks” Ten Haq üçün cəhd edəcək

“Ayaks” Erik ten Haqın baş məşqçi postuna qaytarılması variantını nəzərdən keçirir.

Komanda.az “De Telegraafın”-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis yayda “Mançester Yunayted”dən qovulsa, keçmiş klubu onu geri qaytarmağa cəhd edə bilər.

“Ayaks”ın baş məşqçi postuna daha iki namizəd var. Onlardan biri bu yaxınlarda Amsterdam klubuna keçməkdən imtina edən “Çelsi”nin keçmiş baş məşqçisi Qrem Potterdir. “Ayaks” maliyyə təklifini yaxşılaşdırsa, ingiltərəli çalışdırıcı fikrini dəyişə bilər.

Niderland klubu cəmi 35 yaşı olan, “Nitsa”nın baş məşqçisi Françesko Fariolini dəvət etmək variantını da nəzərdən keçirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button