Bundesliqa klubunda yeni müqavilə
Almaniyanın “Ayntraxt” klubu futbolçusu Timoti Çendlerlə müqaviləni yeniləyib.
Komanda.az xəbər verir ki, 31 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Çendler 2014-cü ildən “Ayntraxt”da çıxış edir. Müdafiəçi ABŞ milli komandasının da üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin