Avstriya yığmasının daha bir üzvü Azərbaycanla oyunu buraxacaq
Avstriya yığmasının daha bir futbolçusu AÇ-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan millilərinə qarşı keçiriləcək oyunları buraxacaq.
Komanda.az xəbər verir ki, bu dəfə mərkəz müdafiəçisi Gernot Trauner sıradan çıxıb.
Niderlandın “Feyenoord” klubunun üzvü dizindəki zədə ucbatından yığmanın düşərgəsini tərk edib.
Daha öncə David Alaba, Stefan Poş, Marko Arnautoviç, Kərim Onisivo və Filipp Mvenenin də qarşıdakı matçlarda iştirak etməyəcəkləri açıqlanmışdı.
Oktyabrın 13-də Belçikanı qəbul edəcək Avstriya yığması bundan 3 gün sonra Azərbaycan millisinin qonağı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin