Avroliqa: “Qalatasaray”dan “Barselona” ilə səfər heç-heçəsi
Dünən UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində iki görüş baş tutub.
Komanda.az xəbər verir ki, “Betis” “Ayntraxt”ı qəbul edib. Üç qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb. “Lion” isə mərhələnin ilk oyununu səfərdə “Portu”ya qarşı keçirib. Fransa təmsilçisi səfərdə minimal hesabla üstün olub.
Qalan oyunlar isə bu gün keçirilib. “Barselona” “Kamp Nou”da “Qalatasaray”ı sınağa çəkib. Bu oyun qolsuz bitib. “Sevilya” “Vest Hem”lə, “Atalanta” isə “Bayer”lə münasibətlərinə aydınlıq gətiriblər. Hər iki oyunda meydan sahibləri çətin qələbəyə seviniblər.
Bu mərhələnin bir oyunu baş tutmayacaq. Belə ki, Ukrayna – Rusiya münasibətlərinə görə “Spartak” (Moskva) avrokuboklardan kənarlaşdırıldığı üçün onların rəqibi Almaniya “Leypsiq”i birbaşa 1/4 finala adlayıb.
Avropa Liqası, 1/8 final, ilk oyunlar
9 mart
Portu (Portuqaliya) – Lion (Fransa) 0:1
Qol: Paketa, 59.
Baş hakim: Xose Maria Sançes (İspaniya)
Betis (İspaniya) – Ayntraxt (Almaniya) 1:2
Qol: Fekir, 30 – Kostiç, 14. Kamada, 32.
Baş hakim: Marko Quida (İtaliya)
10 mart
Sevilya (İspaniya) – Vest Hem (İngiltərə) 1:0
Qol: El Haddadi, 60.
Baş hakim: Sandro Şerer (İsveçrə)
Atalanta (İtaliya) – Bayer (Almaniya) 3:2
Qol: Malinovski, 23. Muriel, 25; 49 – Aranquiz, 11. Diabi, 63.
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Barselona (İspaniya) – Qalatasaray (Türkiyə) 0:0
Baş hakim: Benoit Bastyen (Fransa)
Braqa (Portuqaliya) – Monako (Fransa) 2:0
Qol: A.Ruis, 3. V.Oliveyra, 90.
Baş hakim: Feliks Tsvayer (Almaniya)
Reyncers (Şotlandiya) – Srvena Zvezda (Serbiya) 3:0
Qol: Tavernye, 11. Morelos, 15. Baloqun, 51.
Baş hakim: Serdar Gözübüyük (Niderland)
Bizi Facebook-da izləyin