Avropa Liqası: Püşk İtaliya klublarını qarşı-qarşıya qoydu
UEFA Avropa Liqasında 1/4 final, yarımfinal mərhələsinin və finalın püşkü atılıb.
Komanda.az xəbər verir ki, püşkatma İsveçrənin Nyon şəhərində təşkil olunub.
İtaliyanın iki klubu – “Milan”la “Roma” bu mərhələdə yarımfinala vəsiqə uğrunda qarşılaşacaq.
1/8 finalda “Qarabağ”ı üstələyən “Bayer”in də növbəti rəqibi məlum olub.
Avropa Liqası
1/4 final:
Milan (İtaliya) – Roma (İtaliya)
Liverpul (İngiltərə) – Atalanta (İtaliya)
Bayer (Almaniya) – Vest Hem (İngiltərə)
Benfika (Portuqaliya) – Marsel (Fransa)
Yarımfinal:
“Benfika” – “Marsel” cütünün qalibi / “Liverpul” – “Atalanta” cütünün qalibi
“Milan” – “Roma” cütünün qalibi / “Bayer 04” – “Vest Hem”
1/4 final mərhələsinin oyunları aprelin 11-də və 18-də, yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final mayın 22-də Dublindəki “Aviva” stadionunda olacaq.
Bizi Facebook-da izləyin