AL: Pley-off mərhələsinin püşkü atıldı – “Beşiktaş” “Milan”la qarşılaşa bilər

Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilib və saat 16:00-da başlayıb.

Püşkatmada Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi məlum olub. Ağdam təmsilçisi pley-off mərhələsində “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.

Püşkdə Türkiyənin “Qalatasaray”, “Beşiktaş”, “Alanyaspor”, İtaliyanın “Milan”, İngiltərənin “Tottenhem” kimi klublarının da pley-off mərhələsindəki potensial rəqibləri bilinib.

Avropa Liqasında 3-cü təsnifat mərhələsi sentyabrın 24-də, pley-off isə oktyabrın 1-də keçiriləcək.

Avropa Liqası, pley-off mərhələsi

Yanq Boyz (İsveçrə) – Tirana (Albaniya)
Dinamo (Zaqreb, Xorvatiya) – Floriana (Malta)/Flora (Estoniya)
Yurqorden (İsveç)/ÇFR (Rumıniya) – Kuopio (Finlandiya)/Suduva (Litva)
Ararat (Ermənistan)/Çelye (Sloveniya) – Srvena Zvezda (Serbiya)
Dinamo (Brest, Belarus) – Ludoqorets (Bolqarıstan)
Sarayevo (Bosniya və Herseqovina)/Buduçnost (Monteneqro) – Riqa (Latviya)/Seltik (Şotlandiya)
Legiya (Polşa)/Drita (Kosovo) – Qarabağ
Şerif (Moldova)/Dandalk (İrlandiya) – Klasksvik (Farer adaları)/Dinamo (Tbilisi, Gürcüstan)
Hapoel (Beer-Şeva, İsrail)/Motervell (Şotlandiya) – Viktoriya (Plzen, Çexiya)/Sönderyüske (Danimarka)
Rusenborq (Norveç)/Alanyaspor (Türkiyə) – Mura (Sloveniya)/PSV (Eyndhoven, Niderland)
Sankt Qallen (İsveçrə)/AEK (Afina, Yunanıstan) – Volfsburq (Almaniya)/Desna (Çerniqov, Ukrayna)
Bazel (İsveçrə)/Anortosis (Kipr) – ÇSKA (Sofiya, Bolqarıstan)/B36 (Torşavn, Farer adaları)
Sportinq (Portuqaliya)/Aberdin (Şotlandiya) – LASK (Avstriya)/Dunayska Streda (Slovakiya)
Şarlerua (Belçika)/Partizan (Serbiya) – Apollon (Limassol, Kipr)/Lex (Polşa)
Beşiktaş (Türkiyə)/Rio Ave (Portuqaliya) – Milan (İtaliya)/Bodo Qlimt (Norveç)
Kopenhagen (Danimarka)/Pyast (Polşa) – Riyeka (Xorvatiya)/Kolos (Kovalevka, Ukrayna)
Malmö (İsveç)/Lokomotiva (Zaqreb, Xorvatiya) – Qranada (İspaniya)/Lokomotive (Tbilisi, Gürcüstan)
Şkendiya (Şimali Makedoniya)/Tottenhem (İngiltərə) – Rostov (Rusiya)/Makkabi (Hayfa, İsrail)
Styaua (Rumıniya)/Slovan (Liberets, Çexiya) – APOEL (Kipr)/Zrinski (Bosniya və Herseqovina)
Standard (Lyej, Belçika)/Voyvodina (Serbiya) – Fehervar (Macarıstan)/Reyms (Fransa)
Villem II (Niderland)/Reyncers (Şotlandiya) – Qalatasaray (Türkiyə)/Hayduk (Split, Xorvatiya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button