Avropa Liqası: “Qəbələ” “Feyenoord”la, “Neftçi” “Bney Yehuda” ilə qarşılaşa bilər

UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, püşkatmada Azərbaycanın turnirdəki təmsilçiləri olan “Neftçi” və “Qəbələ”nin də 3-cü mərhələdəki potensial rəqibləri məlum olub.

“Neftçi” Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Arsenal”ı keçsə, İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq. “Neftçi” ilə “Arsenal” arasında ilk oyun iyulun 25-də Tulada keçiriləcək, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.

“Qəbələ” isə 2-ci mərhələdə Gürcüstanın “Dinamo” klubu ilə qarşılaşacaq. “Qırmızı-qaralar” “Dinamo” səddini keçsə, Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.

İyulun 25-də Qəbələdə keçiriləcək “Qəbələ” – “Dinamo” matçı saat 19:00-da başlayacaq. Komandalar arasında cavab oyunu isə bir həftə sonra Tbilisidə keçiriləcək.

Avropa Liqası, 3-cü təsnifat mərhələsi

Arsenal (Tula, Rusiya)/Neftçi (Azərbaycan) cütünün qalibi – Bney Yehuda (İsrail)
Feyenoord (Hollandiya) – Qəbələ (Azərbaycan)/Dinamo (Tbilisi, Gürcüstan) cütünün qalibi


Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button