Halandın müqaviləsində 20 milyonluq maddə
Avropa futbolunda son zamanlar adından söz etdirən “Zalsburq”un futbolçusu Erlinq Haland qış fasiləsində komandadan ayrıla bilər.
Komanda.az xəbər verir ki, “transfermarkt”da dəyəri 30 milyon avro göstərilən, “Zalsburq”un 100 milyon avrodan çox pul istədiyi norveçli hücumçu daha az məbləğə transfer oluna bilər. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Xəbərdə, Halandın müqaviləsində “20 milyon avroya sərbəst qalır” maddəsinin olduğu bildirilir.
Halandla “Barselona”, “Real”, “Yuventus”, “Napoli”, “Mançester Yunayted” kimi klublar yaxından maraqlanır.
19 yaşlı hücumçu bu mövsüm 20 oyunda 27 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin