Avropa çempionatının vaxtı dəyişdirildi
Boks üzrə gənclər arasında Avropa çempionatı təxirə salınıb.
Komanda.az xəbər verir ki, Avropa Boks İttifaqı koronavirus pandemiyası səbəbindən aprelin 22-dən mayın 3-dək keçirilməli olan yarışın vaxtını dəyişib.
Yerli Təşkilat Komitəsi və digər müvafiq orqanların hesabatlarını nəzərə alan qurum çempionatın mayın 15-27-də təşkil olunmasına qərar verib. Lakin koronavirusla bağlı durumu daim nəzarətdə saxlayan təşkilat turnirin vaxtını yenidən dəyişə biləcəyini də istisna etmir.
Qeyd edək ki, Avropa çempionatı Monteneqronun Budva şəhərində keçirilməlidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin