Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi yarımfinalda
Azərbaycanın beş sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Komanda.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə ardıcıl olaraq Levan Metreveli (İspaniya) və Mikyay Salim Naimi (Bolqarıstan) məğlub edib.
65 kq-da yarışan 3 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mübarizəyə 1/4 finaldan qoşulub. Yarışın reytinq favoriti olan 31 yaşlı idmançı bu mərhələdə Munir Aktaşı (Türkiyə) yenib.
Zirəddin Bayramov (70 kq) 1/8 finalda Daniel Antalı (Macarıstan), daha sonra Fati Veyseli (Şimali Makedoniya), Əşrəf Aşırov (79 kq) isə Miroslav Kirov (Bolqarıstan) ilə Arman Avaqyanı (Ermənistan) məğlubiyyətə uğradaraq, yarımfinala adlayıb.
97 kq-dək Məhəmmədxan Məhəmmədov ilk görüşündə Lukas Krasauskasdan (Litva), ardınca Elizbar Odikadzedən (Gürcüstan) güclü olub.
Azərbaycanın bu gün mübarizəyə qoşulan bütün sərbəst güləşçiləri yarımfianala vəsiqə qazanıb.
Bizi Facebook-da izləyin