Avropa birinciliyinin ilk günündə 5 medal
Almaniyanın Zindelfinger şəhərində uşaq taekvondoçular arasında Avropa birinciliyi keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının üvləri yarışın ilk günündə beş medal qazanıblar.
“Ümid” taekvondo klubunun yetirməsi olan Mehdi Budaqlı (27 kq) yarışın qızıl medalına sahib olub. Aydın Süleymanov (32 kq, Sumqayıt Təhsil), Mürşüd Qasımov (39 kq, “Əmin” t.k.) və Tamerlan Yaqubov (29 kq, FHN) gümüş medal, Fərdi Quşxani (35 kq, “Ümid” t.k.) isə birinciliyi bürünc medalla başa vurub.
Xatırladaq ki, Avropa birinciliyinə respublikamızda fəaliyyət göstərən taekvondo klub və bölmələrindən 10 idmançı qatılıb. Yarışa bu gün yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin