Avroliqa: “Trabzonspor”dan Slovakiyada inamlı qələbə
Bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsinə start verilib
Komanda.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 9 matç baş tutub.
Türkiyə təmsilçisi “Trabzonspor” “Rujomberok”la üz-üzə gəlib və Slovakiyadan inamlı qələbə ilə qayıdıb.
İlk raundda “Zirə”ni mübarizədən kənarlaşdıran “Şerif” evdə “Elfsborq”a uduzub.
Cavab oyunları avqustun 1-də keçiriləcək.
Avropa Liqası
2-ci təsnifat mərhələsi, ilk oyunlar
25 iyul
“Visla” – “Rapid” (Vyana) 1:2
“Rujomberok” – “Trabzonspor” 0:2
“Molde” – “Silkeborq” 3:1
“Hunedoara” – “Riyeka” 0:0
“Şerif” – “Elfsborq” 0:1
“Panatinaikos” – “Botev” 2:1
“Ayaks” – “Voyvodina” 1:0
“Kilmarnok” – “Serkl Brügge” 1:1
“Braqa” – “Makkabi” (Petah Tikva) 2:0
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin