Avrokuboklarla bağlı qərar açıqlandı – RƏSMİ

UEFA avrokuboklarla bağlı qərarını açıqlayıb.

Komanda.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin bu gün baş tutan iclasından sonra yekun qərarlar rəsmən açıqlanıb.

Beləliklə, Avropa Liqasının pley-off qarşılaşmaları Almaniyaya həvalə olunub. “8-lər finalı”nın bu ölkənin Köln, Düsseldorf, Duysburq və Gelzenkirxen şəhərlərində keçiriləcəyi bildirib. Final matçı isə avqustun 21-də Kölndə olacaq.

2021-ci il Avropa Liqasının finalı Polşanın Qdansk şəhərində baş tutacaq.

Çempionlar Liqası da “səkkizlər finalı” formatında 12-23 avqust tarixlərində Portuqaliyanın Lissabon şəhərində keçiriləcək. 1/4 və yarımfinal tək matç formatında olacaq. Yeni qərarla İstanbul builki yox, gələn il keçiriləcək ÇL-in finalına ev sahibliyi edəcək. Sankt-Peterburqda isə 2021/22 mövsümündəki final oynanılacaq.

Yeri gəlmişkən, UEFA növbəti mövsüm avrokubokların təsnifat mərhələlərində ev-səfər prinsipini ləğv edib. Ev sahibi komandalar cütlərin tərkibi müəyyənləşdikdən sonra püşk yolu ilə müəyyənləşəcəklər. Qərar qurumun İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Təsnifat mərhələsində cavab matçları olmayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button