Avrokuboklarda da 5 əvəzetmə olacaq
UEFA Çempionlar Liqası və Avropa Liqasında mübarizəni davam etdirən klublar matç ərzində 5 oyunçu dəyişikliyi edə biləcəklər.
Komanda.az xəbər verir ki, bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.
Bu, koronavirus pandemiyasına görə yaranmış çətinliklərlə əlaqədar müvəqqəti – bu mövsümün sonuna qədər tətbiq olunacaq.
Həmçinin komandaların UEFA-ya göndərdiyi iştirak ərizəsinə daha 3 futbolçunun əlavə olunmasına icazə verilib. Lakin həmin futbolçular klubun özünə məxsus olmalıdır. Siyahıda 25-dən çox oyunçunun adı olmamalıdır.
Qeyd edək ki, Çempionlar Liqası 1/4 final mərhələsindən etibarən Portuqaliyanın Lissabon (12-23 avqust), Avropa Liqası isə Almaniyanın Köln, Düsseldorf, Duysburq və Gelzenkirxen şəhərlərində (10-21 avqust) keçiriləcək.
Bizi Facebook-da izləyin