AVF rəsmisi ÇL oyununa təyinat aldı
Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərib.
Komanda.az xəbər verir ki, Frişman qadın voleybolçular arasında Çempionlar Liqasının oyununa təyinat alıb.
O, Türkiyənin İstanbul şəhərində “Vakıfbank” və Polşanın “LKS Lodz” komandaları arasında keçiriləcək play-off matçında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Martın 1-də baş tutacaq qarşılaşmanın hakimləri isə macarıstanlı Halaş Tibor və rumıniyalı Visan Benonedir.
“Vakıfbank” və “LKS Lodz” klublarının ilk qarşılaşması Türkiyə klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin