AVF prezidenti Şəmkirdə səfərdə olub
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Şəmkir rayonunda səfərdə olub.
Komanda.az xəbər verir ki, Bağırov burada Tovuz Regional Voleybol Klubunun Şəmkir rayonundan olan üzvləri ilə görüşüb.
Federasiya prezidenti Şəmkir rayon Məhəmməd Füzuli adına tam orta məktəb-litseyində baş tutan yeniyetmələrin məşqini izləyib. Daha sonra idmançılarla söhbət edən federasiya prezidenti onlara yaradılan şəraitlə tanış olub. Bağırov yeniyetmələrə peşəkar voleybolçu olmaq istiqamətində tövsiyələrini verib.
AVF bölgələrdə yaradılan regional voleybol klublarını daim diqqətdə saxlayır. Bu klublarda məşq keçən voleybolçular arasında mütəmadi olaraq seleksiya işləri həyata keçirilir və seçilən idmançılar gələcəkdə yığma komandalara cəlb olunacaqlar.
Bizi Facebook-da izləyin