“Atletiko”nun futbolçusu sıradan çıxıb
“Atletiko”nun müdafiəçisi Sezar Aspilikueta 8-12 həftə meydana çıxa bilməyəcək.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu İspaniya kubokunun 1/8 finalında “Real”a qarşı matçda (4:2) zədələnib. 34 yaşlı müdafiəçinin xarici menisküsü cırılıb. Yaxın saatlarda Aspilikuetanın müalicəsinin gedişi ilə bağlı qərar veriləcək.
O, matçın 106-cı dəqiqəsində meydana çıxsa da, zədə səbəbindən artıq 116-cı dəqiqədə əvəzlənib.
Aspilikueta bu mövsüm bütün yarışlarda 22 matçda iştirak edib və 1 məhsuldar ötürmə verib. Futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin