“Mançester Siti” “Atletiko”nun hücumçusu ilə maraqlanır
“Atletiko”nun futbolçusu Joao Feliks karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, portuqaliyalı hücumçu ilə “Mançester Siti” klubu yaxından maraqlanır. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
Feliks “Atletiko”da az şans qazanır və bu səbəbdən qışda klubunu dəyişmək niyyətindədir. “Mançester Siti” qış transfer pəncərəsi dövründə 22 yaşlı futbolçu üçün Madrid klubu ilə danışıqlara başlaya bilər.
“Transfermarkt”da dəyəri 70 milyon avro olan hücumçu bu mövsüm cəmi 4 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin