
“Atletiko” İspaniya millisinin oyunçusu ilə maraqlanır
“Vilyarreal”ın və İspaniya millisinin yarımmüdafiəçisi Aleks Baena La Liqanın başqa komandasında çıxış edə bilər.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, “Atletiko” ispaniyalı futbolçu ilə maraqlanır. Baenanın müqaviləsində təzminat məbləği göstərilib ki, bu da 60 milyon avrodur.
23 yaşlı yarımmüdafiəçi İspaniya çempionatının bu mövsümündə 25 matçda iştirak edib, 6 qol vurub və 7 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin