Xavini icarəyə göndərdilər
“Atletiko” müdafiəçisi Xavi Qalanı icarəyə verib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarə əsasında “Real Sosyedad”da çıxış edəcək.
Qalan bu mövsüm Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 9 matçda oynayıb. O, daha əvvəl “Kordoba”, “Hueska” və “Selta”nın formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin